“Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub

15 Yanvar 2018 13:30

Xəbər 758 dəfə oxunub

Türkiyə toplanışı çərçivəsində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub.Azərtac xəbər verir ki, Gəncə klubu Antalyada Koreya Respublikasının “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq.Xatırladaq ki, “sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcəklər. Rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, komandamız asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), yanvarın 28-də “Yagelloniya” (Belostok, Polşa) və üç gün sonra “Spartak” (Subotiça, Serbiya) klubları ilə üz-üzə gələcək.xeber100.com