K-1 döyüş növü üzrə beynəlxalq turnir start götürəcək

27 Avqust 2017 12:21

Xəbər 725 dəfə oxunub

Avqustun 28-də Bakıda muay-tay və K-1 döyüş növü üzrə beynəlxalq turnir start götürəcək. Sayca 20-ci dəfə təşkil olunacaq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Rusiya və Gürcüstan atletləri də mübarizə aparacaqlar. Turnirdə peşəkar döyüşçülər 7 çəki dərəcəsində yarışacaqlar.Azərtac xəbər verir ki, yarışla əlaqədar təşkil olunan mətbuat konfransında “Qartal” peşəkar idman klubunun direktoru Yaqub İbrahimov deyib: “Biz bu turniri yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycanın peşəkar və həvəskar döyüşçüləri İran, Rusiya və Gürcüstan idmançıları ilə yarışacaqlar. Məqsədimiz gənclərin idmanın bu növünə marağını daha da artırmaq və onun kütləviləşməsinə nail olmaqdır”.xeber100.com