Bakı Slavyan Universitetində kadr islahatları aparılacaq. Apa-nın xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva bildirib ki, istənilən qurumun rəhbəri təyinatdan dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur və dəyişikliklərə ehtiyac yaranır: “Biz dünyaya inteqrasiya olunuruq. Ona görə də yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik”. Rektor universitetdə müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala aydınlıq gətirib: “Universitetdə müəllim və şagirdlərin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəminə diqqət yetirməsi lazımdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harada iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…