Rusiyanın ən iri atıcı silah istehsalçısı olan “Kalaşnikov” konserni paltar və aksessuarlar istehsalı xəttini yaxın zamanda işə salmaq niyyətindədir. Apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib. Məlumata görə, cari ilin sonunadək Rusiyanın müxtəlif şəhərlərində şirkətin 60-dək firma mağazası fəaliyyətə başlayacaq. Bu mağazalarda alıcılara ənənəvi silah məhsulları ilə yanaşı “Kalaşnikov” markası ilə “feşn” mallar təqdim olunacaq. “Kalaşnikov” markası ilə paltar və aksessuarların təqdimatı sentyabrda Kubinkada keçiriləcək “Ordu-2016” forumunda keçiriləcək. Qeyd edək ki, tank və digər zirehli texnika istehsalçısı olan “Uralvaqonzavod” konserninin 2014-cü ildə fəaliyyətə başlayan firma mağazasında “militari” üslubunda futbolkalar, idman çantaları, jiletlər, çəkmələr və şirkətin digər suvenir məhsulları təqdim olunub.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…