“Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

4 Avqust 2020 18:39

Xəbər 1081 dəfə oxunub

İtaliyanın “Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə Eusebio Di Françesko təyin edilib. Mütəxəssislə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.“Roma”nın sabiq baş məşqçisi Françeskonun son klubu “Sampdoriya” olub.Xatırladaq ki, “Kalyari” İtaliya A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.xeber100.com