“Kapital Bank”ın aktivləri 2018-ci il 1 oktyabr tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.Bankda müştəri depozitlərinin həcmi 2018-ci il 1 oktyabr tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur.Bankın 2018-ci il 1 oktyabr tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir.Qeyd edək ki, “Kapital Bank” “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…