Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən “Kapital Bank” tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, “Kapital Bank”da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər.
Təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan.
Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar.
Qeyd edək ki, “Kapital Bank” daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…