“Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.Agentliyin fikrincə, “Kapital Bank” növbəti il ərzində kifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfeli sayəsində COVID-19 pandemiyası və neftin qiymətinin düşməsi səbəbindən dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin “Kapital Bank”ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün “Kapital Bank”ın kredit və depozit portfelində 10-15 faiz səviyyəsində illik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5-10 faiz yüksəkdir. Qlobal iqtisadi artımın ləngiməsi dövründə bankın diqqətini rəqəmsallaşma və müştəri xidmətinin yaxşılaşdırılması sahəsinə yönəldəcəyi də vurğulanıb.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…