“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 7-ci mərhələsi keçirilib.Azərtac xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının “Kalbajar Cup” adlı mərhələsində Azərbaycan təmsilçiləri İlə yanaşı, Türkiyə, Rusiya, Ukraynadan 61 şahmatçı iştirak edib.İsveçrə sistemi üzrə keçirilmiş yarışın yekun nəticələrinə görə, ilk 3 yeri Azərbaycan şahmatçıları tutublar. Belə ki, 11 oyundan 10 xal toplayan Şəhriyar Rəhmanov birinci yeri tutub. İkinci yerdə 9 xalla Ləman Hacıyeva, üçüncü yerdə isə 8 xalla Yusif Mustafazadə qərarlaşıblar.Ötən turların nəticələrinə görə, ümumi hesabda Azərbaycan şahmatçıları Elnur Mehtiyev (30 xal), Orxan Bağırov (20 xal), Şəhriyar Rəhmanov (18 xal) ilk üçlükdədirlər. İndiyədək keçirilmiş seriya yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan 200-dən çox şahmatçı mübarizə aparıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…