Polşa hökuməti koronavirusla bağlı elan etdiyi karantin qaydalarının yumşaldılması ilə bağlı qərar qəbul edib.Azərtac xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski məlumat verib.Baş Nazirin sözlərinə görə, aprelin 20-dən etibarən ölkənin bütün parkları və meşələri ictimaiyyətə açıq olacaq, ərzaq mağazalarında bir dəfəyə olmasına icazə verilən insan sayı çoxaldılacaq, kilsələr yenidən ayinlərin icrası üçün açıq olacaq. Ölkə sərhədləri isə ən azı mayın 3-dək bağlı qalacaq.Mateuş Moravetski vurğulayıb ki, alınan qərarlar əhalinin kütləvi istirahəti üçün yox, onların ruh yüksəkliyini qaldırmaq üçün vacibdir. Təbii ki, park və meşələrdə hər hansı kütləvi tədbirə icazə verilməyəcək, lakin insanlar gəlib asudə vaxtlarını və istirahətlərini normal keçirməlidirlər.Polşa hökuməti mayın 3-dən etibarən isə ticarət və xidmət obyektlərindəki fəaliyyəti bərpa etməyi planlaşdırır. Ölkənin Səhiyyə naziri Lukaş Şumovskiy hələlik bütün ticarət və xidmət obyektlərində maska taxılmasının məcburi olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…