Karate üzrə Azərbaycan milli komandasının üç üzvü martın 16-18-də Hollandiyada keçirilən “Karate-1” Premyer Liqa turnirində bürünc medal qazanıb.Azərtac xəbər verir ki, turnirin yarımfinal mərhələsində türkiyəli güclü rəqibi ilə mübarizədə qələbəni əldən verən Firdovsi Fərzəliyev (60 kq) təsəlliverici görüşünü keçirib.Digər idmançımız, sonuncu “Dubay” Premyer Liqa turnirinin qalibi Rafael Ağayev (75 kq) isə iki rəqibini məğlub edərək bürünc medal uğrunda son döyüşünə çıxıb. Səksən dörd kiloqram dərəcəsində yarışan Ayxan Mamayev də yarımfinal mərhələsində məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bürünc mükafatlar uğrunda həlledici görüşlərdə karateçilərimizdən Firdovsi Fərzəliyev qazaxıstanlı idmançı Kaysar Alpısbaya 1:0, Rafael Ağayev Xorvatiya təmsilçisi Enes Qariboviçə 5:0, Ayxan Mamayev isə iranlı Purşab Zabiollaha 5:2 hesabı ilə qalib gələrək turnirdə üçüncü olub.Mötəbər turnirdə milli komandamızın baş məşqçisi Şahin Xudaverdiyev dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançılarımızın yarışda mübarizə aparmasına qərar verib.Turnirdə ümumilikdə 74 ölkədən 683 idmançı iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…