Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü martın 2-4-də Avstriyada “Seria A” turnirində iştirak edəcək.Azərtac xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) “Karate-1” yarışlarından olan Zalsburq mərhələsində səkkiz idmançımız mübarizə aparacaq.Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq.Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı medallar uğrunda mübarizə aparacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…