Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamız Dünya Karate Federasiyasının (WKF) Karate1 Seria A turnirində qüvvəsini sınayacaq.Mayın 17-19-da baş tutacaq yarışda milli komandanın əsas və əvəzedici üzvləri mübarizə aparacaqlar. Kumite üzrə kişilərin baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev və Vüsal Kamallı (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), həmçinin Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) yer alıb.Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Aytac Əliyeva (55 kq), İrina Zaretska, Zamira Rizayeva (68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxışına üstünlük verib.Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov və Neda Rezainin yarışa qatılmasını məqbul sayıb. Komanda kata turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev çıxış edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…