Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunlarının proqramına daxil edilən beş idman növünün keçiriləcəyi yarış arenalarını müəyyənləşdirib.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, qarşıdakı Olimpiya Oyunlarında karate yarışları Tokionun “Nippon Budokan” arenasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena Olimpiadanın karate yarışları üçün heç də təsadüfən seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.Məlum olub ki, Olimpiya Oyunlarında kişilərdə -60 və -67 kiloqram çəki dərəcələri, eləcə də -84 və +84 kiloqram çəki dərəcələri birləşdiriləcək. Qadınlarda isə -50 və -55 kiloqram çəki dərəcələri, o cümlədən -68 və +68 kiloqram çəki dərəcələri birləşdiriləcək.Beləliklə, kişilər kumitedə -67, -75 və +75, qadınlar isə -55, -61 və +61 kiloqram çəki dərəcələrində fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Proqrama komanda yarışları daxil edilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…