Karate üzrə 24-cü respublika çempionatı start götürüb

28 Noyabr 2016 10:49

Xəbər 1138 dəfə oxunub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında karate üzrə 24-cü respublika çempionatı start götürüb.Azərtac xəbər verir ki, noyabrın 27-də Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə keçirilən yarışın təntənəli açılış mərasimi keçirilib. Federasiyanın prezidenti Y.Bəşirov mərasimdə çıxış edərək Azərbaycanın idman sahəsində son dövrlərdə qazandığı əhəmiyyətli uğurlardan söz açıb, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd edib. O da diqqətə çatdırılıb ki, hazırkı respublika birinciliyində nəticə qazanmış 12 karateçi gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq. Y.Bəşirov “Tokio-2020” Olimpiya Oyunlarında karateçilərimizə böyük ümidlər bəslənildiyini də deyib.xeber100.com