Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında 26-cı Azərbaycan çempionatı start götürüb.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən 34 klubdan 522 karateçi mübarizə aparır.Yarışların birinci günündə karateçilər şəxsi (+18 kq), kata (+16 kq) və kumite yarışlarında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində kişilər arasında 60, 67, 75, 84, +84, qadınların yarışında isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində ən güclülər müəyyənləşəcək.Noyabrın 24-də çempionatın açılış mərasimi keçiriləcək. Həmin gün yeniyetmə və gənclərin yarışında şəxsi kata və kumite yarışlarında oğlanlar 40, 45, 50, 55, +55, qızlar isə 42, 47, +47 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmə karateçilərin yarışında oğlanlar 52, 57, 63, 70, +70, zərif cinsin nümayəndələri isə 47, 54, +54 kiloqram çəki dərəcələrində qalib adı uğrunda qarşılaşacaqlar.Şəxsi kata yarışlarının startı yarışın sonuncu gününə – noyabrın 25-nə təsadüf edəcək. Həmin gün gənclərin yarışında oğlanlar 55, 61, 68, 76, +76, qızlar isə 48, 53, 59, +59 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Bundan başqa, 21 yaşadək gənclər arasında oğlanların mübarizəsində 60, 67, 75, 84, +84, qızların yarışında 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…