Karate üzrə “Baku Open” turniri keçiriləcək

13 Avqust 2018 10:11

Xəbər 614 dəfə oxunub

Sentyabrın 28-30-da Azərbaycanda karate üzrə ənənəvi “Baku Open” turniri keçiriləcək.Azərtac xəbər verir ki, doqquzuncu dəfə təşkil ediləcək yarış keçmiş Sovet Sosialist Respublikaları İttifaqında karatenin 40 illik yubileyinə həsr olunur.Turnirdə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları iştirak edəcəklər.Bakı İdman Sarayında təşkil edəcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaqlar.Turnirin açılış mərasiminin sentyabrın 29-da keçirilməsi nəzərdə tutulur.xeber100.com