Heydər Əliyev adına İdman-Konsert Kompleksində Karate1 Premyer Liqa turnirinə start verilib.Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.Sentyabrın 4-dək davam edəcək turnirin ilk günü kata yarışları ilə başlayıb.Turnirdə ölkəmizi Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hamısı 67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayevi (hamısı 84 kq), Asiman Qurbanlı və Murad Hacızadəni (hər ikisi +84 kq), İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) təmsil edirlər.Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…