Karatenin kyokşin növü üzrə dünya çempionatı keçirilib

3 İyul 2017 11:53

Xəbər 798 dəfə oxunub

Qazaxıstanın paytaxtı Astanada karatenin kyokşin növü üzrə sayca altıncı dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, ölkəmiz mundialda dörd idmançı ilə təmsil olunub.Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov dörd rəqibini məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə karateçimiz rusiyalı Maksim Smolyakova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com