Karlos Sayns:”Trek elə qurulub ki, pilotdan diqqət və dəqiqlik tələb edir”

18 İyun 2016 15:52

Xəbər 669 dəfə oxunub

“Toro Rosso”nun ispaniyalı pilotu Karlos Sayns Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışının təşkilindən yaxşı mənada təəccübləndiyini deyib. İspaniyanın “Antena3” televiziya kanalına müsahibə verən idmançı bildirib: “İlk test yürüşüm zamanı mən treki quruluşunu çox bəyəndim. Trek kənarlarında qurulmuş divarlar şəffafdır və bu da adrenalini artırır. Mən bundan zövq alıram. Trek elə qurulub ki, pilotdan maksimum diqqət və dəqiqlik tələb edir”. Xatırladaq ki, iyunun 17-də Formula-1-in ikinci test yürüşündə saatda 351 kilometr sürət qeydə alınıb. “Torro Rosso”nun pilotu Karlos Sayns bu sürət göstəricisi ilə yarışın ilk gününün rekordçusu olub.xeber100.com