Dekabrın 21-də Kataloniyada keçirilən növbədənkənar parlament seçkilərində səslərin 99 faizi hesablanıb. Nəticələrə əsasən, regionun İspaniyadan müstəqilliyini dəstəkləyən üç partiya 135 yerdən 70-ni əldə edib.Azərtac xəbər verir ki, parlamentdə 34 mandat qazanan “Birlikdə Kataloniya uğrunda” partiyasının namizədləri arasında muxtariyyətin sabiq başçısı Karles Puçdemon ilk yerdə qərarlaşıb. İspaniya onun həbs olunmasına order verdiyi üçün Puçdemon Belçikaya sığınıb. Parlamentdə daha 32 yer “Kataloniyanın sol respublikaçıları” partiyasına qismət olub. Onun lideri – Puçdemonun sabiq müavini Oriol Junkeras regionun müstəqilliyi barədə referendumdan sonra həbs edilib. “Vətəndaş həmrəyliyi namizədliyi” partiyası isə qanunverici orqanda 4 mandata yiyələnib.İspaniyanın bütövlüyünün tərəfdarları – mərkəzçi Vətəndaş partiyası Kataloniya parlamentində 37 deputatla təmsil olunacaq. Bu, 2015-ci ildə keçirilən seçkilərlə müqayisədə 12 mandat çoxdur.Xatırladaq ki, regionun müstəqilliyi barədə referendumdan sonra rəsmi Madrid konstitusiyanın 155-ci maddəsini işə salaraq muxtariyyət rəhbərliyini istefaya göndərib və Kataloniyada növbədənkənar parlament seçkiləri təyin edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…