“Keşlə” futbol klubu “Neftçi” ilə qarşılaşacaq

29 Dekabr 2017 14:45

Xəbər 939 dəfə oxunub

“Keşlə” futbol klubu qış fasiləsində növbəti dövrənin oyunlarının hazırlığına Bakıda start verəcək.Azərtac klubun saytına istinadən xəbər verir ki, komanda yanvarın 5-də bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıq çərçivəsində “Keşlə” iki yoxlama matçı keçirməyi planlaşdırır. Yanvarın 14-də “Keşlə” “Neftçi” ilə qarşılaşacaq. İkinci yoxlama matçı “Qaradağ-Lökbatan” ilə keçirəcək. Birinci divizion təmsilçisi ilə qarşılaşmanın vaxtı hələ dəqiqləşməyib.Bakı toplanışından sonra “Keşlə” Antalyaya yola düşəcək. Komanda qardaş ölkədə üç yoxlama matçı keçirməyi planlaşdırır.xeber100.com