“Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb

10 Sentyabr 2020 15:15

Xəbər 677 dəfə oxunub

Paytaxtın “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Alvaro Tavareş mövsümün sonunadək Bakı təmsilçisinin şərəfini qoruyacaq.Qeyd edək ki, son olaraq Ukraynanın “Lvov” klubunda çıxış edən 25 yaşlı futbolçu ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qol vurub.xeber100.com