“Keşlə” futbol klubu sonuncu yoxlama matçını keçirib

2 Fevral 2018 13:05

Xəbər 849 dəfə oxunub

Bakının “Keşlə” futbol klubu Antalya toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, Rusiyanın birinci divizion təmsilçisi “Yenisey” ilə keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.“Keşlə” Slavik Alxasovun vurduğu qol ilə hesabda önə çıxsa da, rəqib komanda ikinci hissədə məğlubiyyətdən qaçmağı bacarıb.“Keşlə” toplanış çərçivəsində 4 yoxlama matçı keçirib. İlk yoxlama matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabı ilə qalib gələn komandamız Ukraynanın “Karpatı” klubu ilə qarşılaşmada 2:1 hesabı ilə məğlub olub.Komandamız fevralın 2-də Vətənə qayıdacaq.xeber100.com