“Keşlə” klubuna yeni məşqçi təyin edilib

19 Dekabr 2017 14:45

Xəbər 853 dəfə oxunub

“Keşlə” futbol klubuna yeni baş məşqçi təyin edilib.Klubdan Azərtac-a bildirilib ki, mövsümün ilk yarısının son dörd turunda müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Ramiz Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə əlaqələndirici kimi fəaliyyət göstərəcək. Baş məşqçi vəzifəsinə isə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib. Y.Maksimov həftəsonu Bakıya gələcək və gələn həftə müqavilə rəsmən imzalanacaq. Hələlik anlaşmanın müddəti mövsümün sonuna qədər olacaq.Futbolçu kimi Ukrayna millisinin formasını geymiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minskin “Dinamo” klubunda başlayıb. O, daha sonra MOİK (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” klublarında çalışıb.xeber100.com