“Keşlə” komandası Moldova millisinin futbolçusunu heyətinə qatıb

9 Fevral 2021 19:00

Xəbər 444 dəfə oxunub

Bakının “Keşlə” komandası Moldova millisinin futbolçusu Yevgeni Koçuku heyətinə qatıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.Qeyd edək ki, Y.Koçuk bundan əvvəl Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. O, yığmada 25 oyun keçirib.xeber100.com