Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kibernetik məkanda cinayətkarlığa, o cümlədən seçkilərin gedişinə müdaxilə edilməsinə və nifrət hissi mövzusunda ritorikaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Azərtac xəbər verir ki, UNESCO-nun qərargahında keçirilən konfransın iştirakçıları “Kibernetik məkanda etimada və təhlükəsizliyə Paris çağırışı” adlı sənəd imzalayıblar.Bu təşəbbüsü dəstəkləyənlər arasında Avropa İttifaqı ölkələri, Yaponiya, Kanada, habelə “Facebook”, “Google” və “Microsoft” şirkətləri də var. Lakin Çin, Rusiya və ABŞ həmin sənədi imzalamayıblar.Fransa Prezidenti Emmanuel Makron bu təşəbbüsün tərəfdarları arasındadır. Fransa dövlətinin başçısı özünün “Twitter” mikrobloqunda yazıb: “Bu gün ekstremistlər, avtoritar rejimlər terrorizmin təbliği məqsədilə internetdən çox fəal istifadə edirlər. Biz bu reallığa qarşı mübarizə aparmalıyıq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…