Kikboksinq üzrə Bakı birinciliyinə yekun vurulub

26 Oktyabr 2017 13:03

Xəbər 1335 dəfə oxunub

Kiçikyaşlı yeniyetmələr, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Bakı birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda 40 komandanın tərkibində 560 idmançı qüvvəsini sınayıb.“Neftçi İdman Klubu”nun kiçikyaşlı yeniyetmə kikboksçularından Elfan Əzizli (27 kq), Yusif Dadaşov (33 kq) və Əli Mirzəyev (36 kq) bütün rəqiblərinə qalib gələrək paytaxt birinciliyinin qızıl medalına sahib olublar. Yalnız finalda məğlub olan Əlihüseyn Əliyev (36 kq) və Əli Qasımov (46 kq) isə gümüş medalla kifayətləniblər.Bu yaş qrupunda klubun kikboksçuları komanda hesabında birinci yeri tutublar.Yeniyetmələrin yarışında 60 kiloqram çəki dərəcəsində klubu təmsil edən Fərid İlyasov və Sehran Baxşıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Gənclərin mübarizəsində isə Hüseyn Əliyev (45 kq) və İsgəndər Hacıyev (67 kq) birinciliyi bürünc medalla tərk ediblər.xeber100.com