Kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib

11 Dekabr 2017 12:56

Xəbər 745 dəfə oxunub

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanın və “Qəbələ” idman klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub.Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız turnirin sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən A.Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahıda 6-cı pillədə qərarlaşıb.Xatırladaq ki, Rotterdamdakı uğur Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.xeber100.com