Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” və “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularında səyyar seminar-treninqlər təşkil edilib. Milli Kitabxanadan Azərtac-a bildirilib ki, iyulun 30-dək davam edəcək seminarlarda kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, elektron kataloqun formalaşdırılması şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova və kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova iştirak edirlər. Milli Kitabxananın tədris mərkəzinin trenerləri Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarından gələn kitabxanaçılara “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq keçəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…