Bu gün Mətbuat Şurasında ölkəmizdəki diplomatik missiyası başa çatmaqda olan Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkunun kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə vida görüşü keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdəki əlaqələri qibtə olunacaq səviyyədədir. İkitərəfli münasibətlərdəki intensivlik baxımdan dünyanın heç bir ölkələri arasında oxşar vəziyyət müşahidə edilmir. Bu, tarixi bağlılıqdan, dostluqdan, qardaşlıqdan qaynaqlanan xüsusiyyətdir. Belə bir nəticənin əldə edilməsində medianın rolu çox böyükdür. Hazırda Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələr də dövlətlərarası əməkdaşlığa adekvat şəkildə inkişaf etməkdə və dərinləşməkdədir. Bu prosesdə ömrünün dörd ilini Azərbaycandakı mühüm diplomatik missiyasının icrasına sərf etmiş Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Çoşkunun rolu son dərəcə böyükdür. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müxtəlif illərdə Türkiyə və Azərbaycan arasında nifaq toxumu səpməyə çalışan qüvvələrin olduğunu, onların öz məqsədlərinə çatmaq üçün mediadan yararlandıqlarını vurğulayıb. Lakin hazırda iki ölkə mediası və bütövlükdə cəmiyyəti arasında münasibətlər o qədər güclüdür ki, belə hallar təsir effektini göstərə bilmir. Mövcud nəticənin əldə edilməsində diplomatik missiyanın da böyük xidməti var. V.Səfərli bu baxımdan səfir İsmail Alper Çoşkunun ötən dörd ildəki fəaliyyətinin müstəsna əhəmiyyət daşıdığına diqqət çəkib. Türkiyənin Azərbaycandakı Səfiri cənab İsmail Alper Çoşkun çıxışına tədbir iştirakçılarına təşəkkürlərini bildirməklə başlayıb. O, Azərbaycanda fəaliyyət göstərməyin özü üçün böyük zovq olduğunu deyib. Ancaq Azərbaycanın dost və qardaşlıq baxımdan həssas bölgə kimi dəyərləndirərək buna adekvat işlər görməyin eyni zamanda müəyyən məziyyətlərdən keçdiyini də dilə gətirib. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qürur duyulacaq bir nöqtəyə çatdığını vurğulayan səfir Alper Çoşkun bildirib ki, bu nailiyyətin qədri-qiyməti bilinməlidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…