Slovakiyanın Vısokiye Tatrı şəhərində qadınlar arasında klassik şahmat üzrə Avropa çempionatına start verilib.Azərtac xəbər verir ki, yarışlar İsveçrə sistemi üzrə 11 turda keçirilir. XIX turnirin oyun günləri 8-14, 16-19 aprel tarixləridir.Turnirdə dünyanın 30 ölkəsindən 144 şahmatçı qadın iştirak edir. Onlardan 129-u FIDE-nin beynəlxalq titullarının sahibi, 77-si isə qrossmeysterdir. Azərbaycanı bu yarışmada 6 qadın şahmatçımız – Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarovalar təmsil edir.Avropa çempionatının iki turundan sonra beynəlxalq dərəcəli usta Günay Məmmədzadə də daxil olmaqla, 13 şahmatçı hərəyə 2 xalla irəlidədirlər. Gülnar Məmmədova 1,5 xal, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 1 xal toplayıblar. Xanım Balacayevanın aktivində yarım xal var.Avropa birinciliyində əsas mükafatlardan əlavə, qadınlar arasında nokaut sistemi üzrə dünya çempionatına 14 vəsiqə uğrunda mübarizə də aparılacaq. Turnirin qalibi aprelin 19-da bəlli olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…