İstanbulda Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo İttifaqı (ATİ) tərəfindən təşkil edilən altıncı klublararası Avropa çempionatı keçirilir.Azərtac xəbər verir ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandası 17 idmançı ilə təmsil olunur.İlin ilk yarışında iştirak edəcək gənclərdən ibarət millimizin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov oğlanlardan İsmayıl İsmayılov və Nihad Abbasov (hər ikisi 45 kq), Xanoğlan Kərimov, Bəhruz Quluzadə və Pərviz İsgəndərov (hər üçü 48 kq), Yaşar Məmmədli, Ayaz Qənbərli (hər ikisi 51 kq), Samir Məhərrəmov (55 kq), Yunis Məmmədzadə (59 kq), Cavad Ağayev (63 kq) və Taleh Süleymanova (73 kq) şans verəcək.Qızlardan isə Ofeliya Allahverdiyeva (42 kq), Minayə Əkbərova və Mirvari Qənbərli (hər ikisi 44 kq), Aylin Eynullayeva (46 kq), Sevda Pirseyidova (49 kq) və İlahə Quluzadə (68 kq) mübarizəyə qoşulacaq. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda medallar uğrunda mübarizə aparacaqlar.İlk yarış günü artıq bir idmançımız medal qazanıb. “Sumqayıt” klubunun yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında yarışda bürünc mükafata sahib olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…