Klublararası növbəti dünya çempionatı gələn il Mərakeşdə keçiriləcək

17 Dekabr 2022 20:17

Xəbər 342 dəfə oxunub

Futbol üzrə klublararası növbəti dünya çempionatı gələn il Mərakeşdə keçiriləcək. Bu barədə FIFA qərar qəbul edib. Çempionat 2023-cü il fevralın 1-dən 11-dək təşkil olunacaq. Yarışda altı qitə konfederasiyasının ən yaxşı klubları, həmçinin Mərakeşin ali futbol divizionunun çempionu iştirak edəcəklər. Turnirdə “Real Madrid” (İspaniya), “Flamenqo” (Braziliya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Əl-Əhli” (Misir), “Oklend Siti” (Yeni Zelandiya), “Siyetl Saunders” (ABŞ) və “Vidad” (Mərakeş) komandaları mübarizə aparacaqlar.xeber100.com