AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində həkim, rəssam Rauf Canıbəyovun “Köhnə Bakı fırça yaddaşında” adlı sərgisinin açılış mərasimi keçirilib.Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, tanınmış rəssam və sənətşünasların iştirak etdikləri tədbirdə muzeyin əməkdaşı dosent Məhfuzə Zeynalova, Xalq rəssamları Ağaəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın yaradıcılığından danışıb, əsərlərinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, yaradıcılıqda özünəməxsus dəst-xəti olan R.Canıbəyov seçilmiş mövzuya uyğun maraqlı sənət nümunələri yaradıb.İxtisasca cərrah olan Rauf Canıbəyov rəssamlıq sənətinə böyük maraq göstərir. Onun yaradıcılığında Bakı ilə bağlı mövzular əsas yer tutur. Sərgidə rəssamın 57 əsəri nümayiş etdirilir.R.Canıbəyov əsərlərində Vətənə, Bakıya olan sonsuz məhəbbətini, sevgisini ifadə edir. O, köhnə Bakıya həsr etdiyi rəsm əsərlərində şəhərin küçələrini, məhəllələrini, mehriban sakinlərin məişətini, milli memarlığı özünəməxsus tərzdə təsvir edib.Tədbirdə rəssam “Bakı küləklər şəhəri” adlı rəsm əsərini muzeyə hədiyyə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…