İyunun 19-da futbol üzrə Konfederasiyalar Kuboku turnirində “B” qrupunun ikinci matçında Almaniya və Avstraliya milli komandaları qarşılaşıb.Azərtac xəbər verir ki, Soçi şəhərində keçirilən oyun Almaniya yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Almaniya yığmasının heyətində qolları oyunun 5-ci dəqiqəsində Lars Stindl, 45-ci dəqiqədə Yulian Draksler (penaltidən) və 48-ci dəqiqədə Leon Goreçka vurub. Avstraliya komandasının heyətində 41-ci dəqiqədə Tom Rogik, 56-cı dəqiqədə Tomi Juric fərqləniblər.Xatırladaq ki, iyunun 18-də Konfederasiyalar Kubokunun “B” qrupunun birinci oyununda Çili millisi Kamerun komandasına 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, bu qrupda ilk turdan sonra hər birinin hesabında 3 xal olan Çili və Almaniya yığmaları birinci və ikinci yerləri bölüşürlər.İyunun 21-də “A” qrupunda növbəti oyun Moskvada Rusiya və Portuqaliya komandaları arasında olacaq. Görüş saat 19:00-da başlayacaq. Həmin qrupun digər matçında Meksika millisi Yeni Zelandiya ilə qarşılaşacaq. Soçidə keçiriləcək bu görüşə saat 22:00-da start veriləcək.Turnirə iyulun 2-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…