İyunun 29-da Rusiyada keçirilən futbol üzrə FIFA Konfederasiyalar Kubokunda finala yüksələn ikinci komanda müəyyənləşib.Azərtac xəbər verir ki, ikinci yarımfinal matçında turnirin favoritləri sayılan Almaniya və Meksika milliləri qarşılaşıblar. Soçidəki “Fişt” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Almaniya yığması rəqibinə 4:1 hesabı ilə qalib gəlib.Birinci hissənin 6-cı və 8-ci dəqiqələrində son dünya çempionunun heyətində Leon Qoretska dubl edib. Almaniya yığmasında digər qolları oyunun 58-ci dəqiqəsində Tino Verner və 91-ci dəqiqədə Amin Yunes vurublar. Şimali amerikalıların heyətində isə 89-cu dəqiqədə Marko Fabian fərqlənib.Xatırladaq ki, iyunun 28-də Çili və Portuqaliya komandaları arasında keçirilmiş ilk yarımfinal görüşü Cənubi Amerika təmsilçisinin xeyrinə başa çatıb. Beləliklə, iyulun 2-də keçiriləcək final qarşılaşmasında Almaniya və Çili milliləri oynayacaq.Üçüncü yer uğrunda görüşdə isə Portuqaliya və Meksika komandaları üz-üzə gələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…