Konfederasiyalar Kubokunun ikinci günündə…

19 İyun 2017 12:05

Xəbər 1369 dəfə oxunub

İyunun 18-də Rusiyada keçirilən Konfederasiyalar Kubokunun ikinci gününün son qarşılaşmasında Çili millisi Kamerun komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Cənubi Amerika çempionunun üstünlüyü ilə keçən matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən Çili komandası görüşün sonlarında vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cənubi amerikalıların heyətində 81-ci dəqiqədə Arturo Vidal və 91-ci dəqiqədə Eduardo Varqas fərqləniblər.xeber100.com