Konfederasiyalar Kubokunun qalibi proqnozlaşdırılıb

15 İyun 2017 14:15

Xəbər 919 dəfə oxunub

Portuqaliya yığmasının bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunu udmaq şansı daha yüksəkdir. TASS agentliyinin yaydığı məlumata görə, bu proqnoz G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin idman sahəsində Strateji Araşdırmalar Mərkəzinin işləyib hazırladığı modelə əsaslanır.Modeli formalaşdırmaq üçün həm ölkələrin sosial-iqtisadi inkişafı ilə bağlı olan ümumi dəyişən, həm də spesifik göstəricilər (tarixi və idman) dəyərləndirilib. Modellər əvvəlki altı Konfederasiyalar Kubokunun nəticələrinə bu amillərin necə təsir göstərməsi əsasında qurulub.Nəticədə etibarlılıq səviyyəsi turnirin qrup mərhələsində 42,5 faiz və pley-off mərhələsində 53,3 faiz olan model alınıb.Analitiklər bildirirlər ki, Konfederasiya Kubokunun ev sahibləri adətən proqnozları üstələyir və yüksək nəticələr nümayiş etdirirlər. Öz meydanında oynamaq onların, demək olar, üç xal artıq toplamasına kömək edir.Belə olan halda Rusiyanın beş xal toplayacağı və “A” qrupunda birinci yeri, Portuqaliyanın isə ikinci yeri tutacağı proqnozlaşdırılır. Proqnoza görə, “B” qrupundan pley-off mərhələsinə Çili və Almaniya vəsiqə qazanacaq.xeber100.com