Aprelin 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin təbabəti üzrə seminar təşkil olunub.ADU-dan Azərtac-a bildiriblər ki, seminar çərçivəsində “Yanquan” Pekin Elmi-Tədqiqat İnstitutunun direktoru, Pekin otorinolarinqoloji xəstəxanasının baş həkimi, tibb sahəsi üzrə ekspert xanım Li Tiehun ənənəvi akupunktur və Çin masaj texnikaları üzrə ustad dərsləri keçib.Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ənənəvi Çin təbabətinin tarixi, müxtəlif terapiya üsulları, fəlsəfi konsepsiyalar və praktik təlimlər (yin və yan, çiqon, fenq, şui) haqqında danışıb. R.Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyib, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı sağlamlıq və tibb elmləri sahəsində ölkələrimiz arasında imzalanmış sazişi xatırladıb.Li Tiehun müayinələr, tənəffüs diaqnostikası, palpasiya, moxoterapiya, fitoterapiya, terapevtik gimnastika məşğələləri, terapevtik pəhriz daxil olmaqla, ənənəvi Çin təbabəti diaqnostikasının əsas qaydaları və üsullarından bəhs edib.Sonda tələbələrin sualları cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…