Argentina yığmasının kapitanı Lionel Messi öz komandasının növbəti matçında çıxış etməyəcək. Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) argentinalıların liderini bu Konfederasiyanın ünvanına xoşagəlməz sözlər dediyinə görə cəzalandırıb.Azərtac xəbər verir ki, Amerika Kuboku yarışlarında üçüncü yer uğrunda Argentina və Çili yığmaları arasında matçda Lionel Messi Çili yığmasının yarımmüdafiəçisi Qari Medel ilə dalaşıb. Hər iki futbolçu meydandan kənarlaşdırılıb. Oyundan sonra Argentina komandası bürünc medallarla təltif edilərkən Messi bu mərasimə qoşulmayıb və KONMEBOL-u korrupsiyaya qurşanmış təşkilat adlandırıb.Argentina Futbol Federasiyasının rəhbərliyi Messiyə təkidlə tövsiyə edib ki, bu hərəkətinə görə üzr istəsin, lakin Lionel öz sözlərini geri götürməyib. KONMEBOL Messini 1500 dollar cərimə edib və bir beynəlxalq matç müddətinə diskvalifikasiya edib. Beləliklə, 2022-ci il dünya çempionatının birinci seçim matçında Argentina yığması öz liderinin iştirakı olmadan çıxış edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…