KONMEBOL bütün beynəlxalq oyunları təxirə salıb

30 Noyabr 2016 11:04

Xəbər 953 dəfə oxunub

Braziliya futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq oyunlar, o cümlədən Cənubi Amerika Kubokunun final görüşləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.Xatırladaq ki, “Şapekoense” komandası Kolumbiyanın “Atletiko Nasional” klubu ilə Cənubi Amerika Kubokunun final oyununa yollanarkən təyyarə qəzasına düşüb. Son məlumata görə, qəza nəticəsində 76 nəfər həlak olub. Ümumilikdə faciədən 5 nəfər sağ qurtara bilib.xeber100.com