“Kopenhagen” – “Qarabağ” matçının təyinatları açıqlanıb

21 Avqust 2017 12:05

Xəbər 789 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka)–“Qarabağ” (Ağdam) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi məşhur Alberto Undiano Mallenko olacaq. Ona həmyerliləri Roberto Alonso Fernandes və Raul Kabanyero Martines kömək edəcəklər. Əlavə hakim köməkçiləri Alexandro Xose Enandes və Xose Mariya Sançes Martines olacaqlar. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilya yerinə yetirəcək.Matçın hakim-isnpektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makridir.xeber100.com