Hazırda Almaniyada koronavirusla bağlı yaranan vəziyyət pandemiyanın başlanğıcından bəri ən ciddi səviyyədədir. Bu səbəbdən sosial təmaslar daha da azaldılmalıdır.Azərtac xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri vəzifələrini icra edən Yens Şpan Berlində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə artıq 100 mindən çox insan koronavirusdan ölüb. Epidemiya dövrü ərzində ilk dəfə olaraq 100-dən çox pasiyent digər regionların reanimasiya şöbələrinə köçürülüb.“Yoluxma dalğasının yalnız Bavariya və Saksoniya ilə məhdudlaşdığını hesab edənlər yanılır. Sosial təmaslar daha da azaldılmalıdır”, – deyə Yens Şpan bildirib.Robert Kox İnstitutunun məlumatına əsasən, hazırda Almaniyada intensiv terapiya şöbələrində müalicə alan koronavirus xəstələrinin sayı 4 minə çatıb və bu rəqəmlər artmağa davam edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…