Koronavirus pandemiyası səbəbindən futbol yarışları dayandırılıb

26 Aprel 2020 20:53

Xəbər 593 dəfə oxunub

Tacikistanda koronavirus pandemiyası səbəbindən futbol yarışları dayandırılıb.Azərtac Tacikistan futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-na qədər bütün futbol oyunları təxirə salınıb.Hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra Tacikistan Futbol Federasiyası bütün futbol yarışlarını dayandırmaq məcburiyyətində qalıb.Çempionatın 4-cü turunun bu gününə planlaşdırılan görüşləri isə keçiriləcək.Xatırladaq ki, Tacikistan çempionatına aprelin 5-də start verilmişdi və koronavirus pandemiyasına baxmayaraq, dünyada davam edən nadir liqalardan biri idi.xeber100.com