“Maliyyə Bazarlarına Nəzarət Palatası təqaüdçülərə kreditlərin verilməsi qadağan edib. Beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir”. Faktinfo.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, onun yaşından, peşəsindən asılı olmayaraq, kredit almaq hüququ olmalıdır: “Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Bundan başqa, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kedit üçün müraciət edirsə, bank nə üçün ona mənfi cavab verməlidir ki? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda,, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə, problemi kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…