Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb

9 Yanvar 2023 11:04

Xəbər 302 dəfə oxunub

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

O vaxtadək portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.xeber100.com