Kross qaçışı üzrə paytaxt çempionatına start verilib

21 Sentyabr 2019 16:28

Xəbər 548 dəfə oxunub

Sentyabrın 21-də Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib.Azərtac xəbər verir ki, çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10-dək idman klubu təmsil olunur.Bu yarış oktyabrda Cəlilabadda keçiriləcək respublika çempionatına hazırlıq xarakteri daşıyır.