Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq. BBC-nin verdiyi xəbərə görə, bunu Karib hövzəsi ölkələrinin sammitində çıxışı zamanı Kubanın lideri Raul Kastro deyib. Kastro mənzil-qərargahı Vaşinqtonda yerləşən Amerika Dövlətləri Təşkilatının imperialist hökmdarlığının aləti olduğunu bildirib. Qeyd edək ki, soyuq müharibə dövründə Kuba ABŞ-ın təkidi ilə təşkilatdan xaric edilmişdir. Kastronun sərt mövqeyi ADT-nin Venesuelaya dair tənqidinə reaksiya olub. Venesuelanın təşkilatda üzvlüyü dayandırıla bilər. Kastro Venesuela xalqı və prezidenti Nikolas Maduro ilə həmrəy olduğunu bildirib. Maduro ABŞ-ı region ölkələrinə təzyiq göstərməkdə günahlandırıb. O hesab edir ki, ABŞ Venesuelanı təcrid etməyə çalışır. Venesuelada neftin qiymətinin aşağı düşməsinin səbəb olduğu kəskin ərzaq çatışmazlığı, yüksək inflyasiya və gəlirlərin azalması fonunda vəziyyət kritik həddə çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…