“Kuban baharı” turnirində növbəti oyun keçirilib

23 Mart 2017 18:17

Xəbər 810 dəfə oxunub

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunan “Kuban baharı” turnirində növbəti oyununu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Belarus komandası ilə keçirilən oyun heç-heçə yekunlaşıb – 1:1.Yığmamızın heyətində Kristina Bakarandze fərqlənib.xeber100.com